İranın tanınmış dirijoru Bərdia Kiyarəs Novruz bayramı günlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” və “Arşın mal alan” musiqili komediyalarına dirijorluq edəcək.
Teatrdan Lent.az-a verilən məlumata görə “O olmasın, bu olsun” tamaşası mart ayının 20, 21, 23 və 24-də saat 19:00-da, “Arşın mal alan” isə martın 22-si və 25-də saat 19:00-da oynanılacaq.
Tamaşaların təqdimatında Ərdəbilin sevilən müğənnisi Ayxan da iştirak edəcək.
- Fahriye Evcenin avtomobili zibil maşınına bənzədildi – Qiyməti ŞOKEDİCİDİR
- Cennifer Lopez uğursuz sevgisindən danışdı
- Mehmet Ali Erbil üçün 3 il həbs tələbi: Onun aylıq gəliri dəhşətə gətirdi
Biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN xidmət” mərkəzlərindən və “iticket.az” saytından əldə etmək olar.